Cəmiyyət 14 Sentyabr 2022, 15:31 | Baxış sayı: 191
"Əlbəttə, qəhrəman övladlarımızın şəhid olması bizi kədərləndirir, amma matəm, adətən, hadisə gözlənilməz halda baş verdikdə elan edilir"

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, matəm, adətən, müharibə şəraitində elan edilmir“Biz əslində 44 günlük müharibədən sonra Ermənistanın müharibə nəticələrindən dərs çıxaracağını gözləyirdik. Ancaq bu gün də Ermənistan təxribatlara davam edir. Əlbəttə, qəhrəman övladlarımızın şəhid olması bizi kədərləndirir. Hamımız pərişanıq. Ancaq müharibə şəraitində olduğumuzu və hələ bir müddət belə hadisələrin baş verəcəyini nəzərə almalıyıq. Adətən matəm belə hadisə gözlənilməz halda baş verdikdə elan edilir. Ancaq bizim qəhrəman övladlarımız müharibə şəraitində həyatlarını itiriblər. Vətənin bölünməzliyi, müstəqilliyi uğrunda canlarından keçiblər. Ona görə, mən düşünürəm ki, müharibə şəraitində olduğumuzu nəzərə almalıyıq. Hamımız diqqətli və təmkinli olmalıyıq. Çünki biz çox məkirli düşmənlə üz-üzəyik”.

 

Deputat bhəmçinin vurğulayıb ki, “Şəhidlərimizin ailələri diqqət və qayğı ilə əhatə olunub və olunacaq. Bütün dövlət qurumlarına xüsusi tapşırıq veriblər ki, bu məsələyə həssas və diqqətlə yanaşsınlar. Fəxri xiyabanda dəfn mərasimləri ən yüksək səviyyədə həyata keçirilir”.

 

Mənbə: Modern.az

Xəbərlər