Siyasət 20 İyun 2023, 14:21 | Baxış sayı: 95
“Laçına köçən vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ən ciddi məsələdir”

“44 günlük müharibənin zəfərlə başa çatmasından sonra bizim üçün əsas məsələ böyük köçün təmin olunmasıdır”.

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat deyib ki, bu sahədə çox ciddi addımlar atılır.  

"Dövlət başçısının verdiyi Sərəncama uyğun olaraq bu proses artıq başlayıb. Bunun da ən mühüm istiqamətlərindən biri Laçındır.
Qayıdış proqramına uyğun olaraq artıq bir növbənin Laçına köçü başa çatıb. İndi də ikinci mərhələ başlayıb. Bütün bunlar dövlətin qarşısına qoyduğu vəzifəni yerinə yetirməsi, həmçinin hər bir Azərbaycan vətəndaşının rifahı üçün atılan addımdır. 

Məlumdur ki, həm də Laçına, işğaldan azad olunan digər ərazilərimizə köçən vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ən ciddi məsələlərdən biridir. Buna görə də həmin ərazilərdə bu istiqamətdə də işlər aparılır. Bu, çox mühim məsələdir. Minalardan təmizləndikdən və infrastruktur bərpa olunduqdan sonra yaşayış yerləri, evlər, iş yerləri bərpa olunduqca bu proses davam edəcək. Bu, ermənilərə və onların havadarlarına bir mesajdır ki, bizim qayəmiz, məqsədimiz sülhün bərqərar olunması, vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasıdır".

Xəbərlər