"Kriptovalyuta ilə məşğul olan tanışım “salam” verəndə 10 min dollar maaş təklif olunur"
“Xaricdə dövlət hesabına və ya öz hesabına oxuyan şəxslər Azərbaycana qayıtdıqda onlara təklif olunan maaşla heç cürə razılaşa bilmirlər”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.
Rüfət Quliyev qeyd edib ki, Azərbaycanda yaxşı bir şirkətdə 3000-3500 manat məbləğində alınan əmək haqqı artıq yüksək maaş sayılır: “Mənim bir tanışım var, o, kriptovalyuta ilə məşğuldur. Burada oturaraq ofisi Dubayda yerləşən şirkətdə işləyir. Həmin şəxs hər hansı bir şirkətə “salam” verən kimi ona 10 min dollar maaş təklif olunur. Ancaq bir "salama". Biz cəmiyyəti buna öyrətməliyik. Mənim nazirliyə sualım budur ki, belə bir fond yarada bilərmi ki, nazirlik tərəfindən maliyyə fərqi ödənilsin.