Korrupsiya 28 Noyabr 2022, 14:15 | Baxış sayı: 144
“Korrupsiyanın kökünün kəsilməsi üçün ölkə başçısının siyasi iradəsi var”

“Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən islahatlar paketi təqdim olunub və icrası uğurla davam etdirilir. Bura korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, o cümlədən  preventiv məsələlərin həll olunması, yəni baş verənə qədər olan bütün mexanizmlərin işlənilməsi - ASAN Xidmət modeli, “DOST”  mərkəzləri, insanların məmurlarla birbaşa ünsiyyətdə olmaması, prosesin elektronlaşdırılması, elektron hökumət və s. - bütün bunlar, təbii ki, şəffaflığın artırılması, vətəndaş-məmur münasibətlərinin sivil şəkildə formalaşdırılması, sağlam cəmiyyətin inkişaf etdirilməsi üçündür. Son zamanlar nazir, nazir müavinləri, yüksək vəzifəli şəxslər, o cümlədən icra hakimiyyəti başçıları, onların müavinləri və digər vəzifələrdə təmsil olunan insanların korrupsiya əməlləri, rüşvət almaları ilə bağlı cinayət işlərinin başlanılması, onların həbs olunması, vəzifədən azad edilmələrinin şahidiyik. Bütün bunlar aparılan siyasətin tərkib hissəsi kimi qeyd edilməlidir”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycanda korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışarkən deyib.

 

Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir, bütün sahələrdə inkişaf gedir: “Korrupsiya bəlası və rüşvətxorluq, əlbəttə, cəmiyyəti sarsıdan məsələlərdən biridir. Bunun kökünün kəsilməsi üçün ölkə başçısının siyasi iradəsi var. Hər birimiz bu məsələlərin aşkar edilməsi, ədalətli yanaşma ilə kökünün kəsilməsi üçün mübarizəmizi aparmalıyıq. Hansısa nazirlikdə, komitədə, agentlikdə, icra hakimiyyətlərində korrupsiya və rüşvət faktları olacaqsa, təbii ki, dövlət bununla bağlı kəskin mübarizə aparacaq. Bu, davamlı prosesdir. Cəmiyyətin bu sahədə sağlamlaşdırılması üçün müvafiq dövlət orqanları ölkə başçısının tapşırıqlarını yerinə yetirir. Düşünürəm, bu proses gələcəkdə də davam etdiriləcək”

Xəbərlər