Ümumi, Cəmiyyət, Siyasət 21 İyun 2021, 16:37 | Baxış sayı: 379
Könül Nurullayeva AŞPA-nın videokonfransında çıxış edib.

Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın Sosial Əlaqələr, İctimai Sağlamlıq və Davamlı İnkişaf Komitəsi üzrə baş tutan videokonfransında bununla bağlı təkliflərlə çıxış edib.

Deputat ilk olaraq sosial-iqtisadi böhranın miqyasını anlamaq üçün böhranın birbaşa neqativ təsir göstərdiyi işsizlik səviyyəsinin müəyyənləşməsi ilə bağlı fikirlərini bölüşüb:

“Gənclərin əmək bazarına daxil olmasında mövcud maneələr, qadın və kişi əməkhaqqı və pensiyalarında gözəçarpan fərqlər və qadınlara şiddət kimi göstəricilərə nəzər yetirməyimiz önəmlidir”.

Deputat pandemiya səbəbindən daha da genişlənmiş gender fərqini minimuma endirmək üçün ölkələrin qadın və qızların ehtiyaclarını önə çəkərək, məqsədəuyğun maliyyələşdirmə siyasəti aparmalı olduqlarını qeyd edib.

Könül Nurullayeva yerli hökumət və dövlət orqanlarını ümumi məşğulluq səviyyəsini artırmaq məqsədilə ölkələri daxilində çoxsaylı iş imkanları yaratmağa, kiçik sahibkarlar və yeni yaradılmış müəssisələri sürətli qrant və borclar vasitəsilə dəstəkləməyə çağırıb.

Parlamentari Azərbaycanın bu istiqamətdə müsbət təcrübəsindən söz açıb.

Xəbərlər