Cəmiyyət, Siyasət 21 İyun 2021, 16:14 | Baxış sayı: 303
Kəlbəcərdə minaya düşən jurnalistlərin məsələsi AŞPA-da qaldırılıb

Azərbaycanlı deputat AŞPA-da minaya düşən Azərbaycan jurnalistləri haqqında danışıb.

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Kamal Cəfərov bu gün AŞPA-nın işə başlayan yay sessiyası zamanı çıxış edərkən işğaldan azad edilən Azərbaycan torpaqlarında aparılan quruculuq işlərindən danışıb.

"Biz Qarabağı yenidən inşa edirik. Ancaq hazırda ən başlıca problemlər minalardır. Biz saxlanılan 15 ermənini 97 min minanın basdırıldığı ərazinin xəritəsi ilə dəyişdik. Ancaq bildiyiniz kimi, ötən sessiyada erməni nümayəndə heyəti belə xəritələrin mövcudluğunu inkar edirdi. Bir neçə həftə öncə isə iki Azərbaycan jurnalisti minaya düşərək həlak oldu. Bu, beynəlxalq hüququn, üçtərəfli bəyanatın pozulmasıdır", - deyə o vurğulayıb.

K. Cəfərov əlavə edib ki, Ermənistan mina xəritələrini vaxtında Azərbaycana təhvil verməlidir.

Xəbərlər