Plenar iclaslar, Qanun Layihələri 14 Dekabr 2021, 17:37 | Baxış sayı: 182
"Jurnalistika azad peşədir. Dövlət vəzifəsi deyil ki, biz bu fəaliyyəti belə bürökratlaşdıraq".

“Layihədə jurnalistikanın bürokratikləşməsi meylləri görünür”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Erkin Qədirli “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, jurnalistika azad peşədir: “Dövlət vəzifəsi deyil ki, biz bu fəaliyyəti belə bürökratlaşdıraq. Belədirsə, media Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçsin. Mən bu gün qanun layihəsinin lehinə səs verə bilməyəcəyəm. Cinayət zamanı ibtidai işlərlə bağlı məlumatların yayılması məsələsi var. Mediada yayımlanmış xəbər cinayət işinin başlanması səbəbi ola-ola, media bu xəbəri yaymaq üçün prosessual şəxslərdən icazə almalıdır. Bu nəyə gərəkdir? Qanunda adı keçməyən prosessual şəxs var ki, o vəkildir. Jurnalist vəkildən aldığı məlumatı da yaymamalıdır? Bu müddəalar medianın işini məhdudlaşdırır. Keçid müddəalarında bu qanunun 1 yanvar 2022-ci ildən qüvvəyə minəcəyi yazılıb. Bu əminlik hardandır? Konstitusiyaya görə prezidentin 56 günü var. Bəlkə dövlət başçısı bu qanunu son gün imzalayıb təsdiqləyəcək?”

Xəbərlər