Plenar iclaslar 23 Dekabr 2022, 13:00 | Baxış sayı: 190
"Mən çıxışa yazılıb danışmaq istəyəndə səsə qoyulmaq tələbi qoyulur və bu hal dəfələrlə təkrarlanıb"

Milli Məclisdə iki deputat çıxışa yazılıb, danışa bilməməkdən şikayətlənib.

APA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında deputat Erkin Qədirli deyib ki, çıxışa yazılıb danışmaq istəyəndə, məsələnin səsə qoyulması tələb olunur və bu hal dəfələrlə təkrar olunub.

Deputat bu halla tək özünün qarşılaşmadığını da söyləyib: “Bu, yalnız mənə görə olmur, başqa deputatlar da belə hallarda qarşılaşır. O səbəbdən də bəzən bizim çıxış etmək imkanımız olmur”.

Deputat Hikmət Babaoğlu da eyni məsələni qaldırıb: “Burada bəzi deputatlar çıxış edir, sonra da deyir ki, məsələ səsə qoyulsun”.

Sahibə Qafarova isə bildirib ki, zalda hələ heç kimin sözü kəsilməyib: “Kim yazılırsa, mən hamıya söz verirəm. Xahiş edirəm, bunu nəzərə alarsınız. Müzakirələr hamının razılığı ilə dayandırılıb. İkincisi, siz qeyd edirsiniz, hamının danışmaq hüququ var. Burada elə bir deputat yoxdur ki, buna şübhəsi olsun. Kim çıxışa yazılırsa, ona söz verirəm”.

Xəbərlər