Siyasət 21 Aprel 2023, 19:14 | Baxış sayı: 195
“Quru sərhədlərin açılmaması İranla müharibə ehtimalına görədir”

“Quru sərhədlərin bağlı qalmasının koronavirusla əlaqəsi yoxdur. Rəsmən elə deyirlər. Koronavirus yoxdur. Onsuz da pandemiya vaxtında da çox qlobal fırıldaqlar oldu”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli Müsavat TV-yə açıqlamasında deyib.

 

“Mənim anladığım, gümanım budur ki, sırf İrana görə sərhədlər bağlıdır. Prinsip etibarilə İrana görədir, təhlükəsizlik tədbiridir. Görünür, daha böyük bir təhlükə astanasındayıq ki, bunu belə eləyirlər. Bu bir gedişatdır. İranın iki il ərzində etdiklərini görmürsünüz?! Terrorçuya görə deyil, müharibə ehtimalına görədir”, - deputat əlavə edib.

Xəbərlər