Siyasət 2 Fevral 2023, 18:29 | Baxış sayı: 122
“İranın səfirliyimizə olan terrorun qarşısını almaq üçün imkanları olub”

“Azərbaycanın İrandakı səfirliyinə xain hücum cəmiyyətdə narahatlıq yaratmaqla yanaşı əsaslı şübhələr də yaratdı".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

“Ölkəmizdə ümumi rəy ondan ibarətdir ki, İran diplomatik nümayəndələyin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyib. 

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müvafiq maddələrində dövlətlərin öz ərazilərindəki diplomatik nümayəndəliyin təhlükəsizliyinə cavabdeh olması məsələsi aydın şəkildə təsbit olunub.  Deməli, İran beynəlxalq hüququ kopud şəkildə pozub”.

E.Mirbəşiroğlu deyib ki, İran hüquq mühafizə və təhlükəsizlik orqanları fəaliyyətsizlik nümayiş etdiriblər: “Yəni hadisədən öncə və hadisə anında terorun olacağı aydın idi.

Bu terordan öncə Azərbaycan səfirliyinə qarşı təxribat olub, erməni terorçunun şəkili səfirliyin binasından asılıb və sosial mediada anti-Azərbaycan çağırışları edilib. İran təhlükəsizlik orqanları bu hadisənin qarşısını alması üçün bütün imkanları olub. Səfirliyin qarşısında olan mühafizə köşkündə olan polis də terrorun qarşısını almaq üçün müqavimət göstərmir. Ona görə də bu hadisənin terror olması ilə bağlı Azərbaycan cəmiyyətində əsaslı rəy var.

Bu hadisənin motivləri əsasında terorun arxasında dayanan daha ciddi qüvvələrin ortaya çıxması ehtimalı kifayət qədər realdır”.

Xəbərlər