Siyasət 24 Mart 2023, 18:49 | Baxış sayı: 100
"İranla Ermənistan arasında dostluq utancverici bir mənzərədir"

“İranla Ermənistan arasında yaranmış dostluq, qardaşlıq münasibətləri İslam dünyası üçün utancverici bir mənzərədir. Tarix bu ədalətsizliyi unutmayacaq və İran xalqı tarixin bu səhifəsini həmişə qara səhifə olaraq yad edəcək”.

Bunu APA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat deyib ki, görünür ki, Azərbaycanın regionda söz sahibinə çevrilməsi, artan gücü, beynəlxalq aləmdə nüfuzunu İran şimal sərhədləri üçün təhlükə hesab edir: “Halbuki Azərbaycan dünyada bəlkə də nadir ölkələrdəndir ki, həmişə sülhün tərəfdarı olub. Bu gün isə Azərbaycanın öz haqqını tələb etməsi, tarixi torpaqlarına qayıtması İranı elə bir qorxuya salıb ki, bu ölkə rəhbərliyi xarici siyasətdə pozucu fəaliyyətlə yanaşı, Azərbaycanın daxili sabitliyini də pozmağa cəhdlər edir. Son günlər ifşa olunan İran şəbəkələri bir daha bu dövlətin dostluq mövqeyindən uzaq olmasını göstərir. İran-Ermənistan rəhbərlərinin qarşılıqlı rəsmi və qeyri rəsmi səfərləri, açıqlamaları, “dostluq”ları, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, ölkəmizdə İrana xidmət edən casusların yaxalanması hələ faktların ictimaiyyətə məlum olan bəzi hissəsidir. Biz qonşularımızın heç vaxt daxili işinə qarışmamışıq və dostluq şəraitində yaşamağı üstün tutmuşuq. Biz hər zaman Ermənistanın daxilindəki islamafobiyanın təsirlərini son həddə qədər hiss edirik. Necə olur ki, Ermənistan Azərbaycanla düşmən olduğu halda teokratik idarəetməyə malik olan İranla doğmadır! Bu, sözün əsl mənasında riyakar yanaşmadır”.

Xəbərlər