Siyasət 6 İyul 2023, 16:42 | Baxış sayı: 144
“İranlı nazirin Bakıdakı açıqlamalarına güvənə bilmərik”

İyulun 5-də Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakıda verdiyi açıqlamaları gözlənilməz olduğu qədər də şübhə doğurdu. İranlı nazir Prezident İlham Əliyevin qəbulunda olarkən və Qoşulmama Hərəkatının Koordinasiya Şurasının iclasındakı çıxışı zamanı, eləcə də, jurnalistlərə açıqlamasında bir çox məqamlara toxundu. Son aylar İranın iki ölkə arasıdakı münasibətlərdə ciddi gərginliyə səbəb olan davranışlarından sonra Abdullahianın Bakıda ifadə etdiyi qulağa xoş gələn sözləri elə də inandırıcı səslənmədi deyə bilərik.

Xarici işlər nazirinin açıqlamalarına münasibət bildirən deputat Fazil Mustafa  açıqlamasında bildirib ki, İran tərəfi dəfələrlə belə bəyanatlara çıxış edib. Lakin, bunlar yalnız söz yığınından  ibarətdir, cənub qonşumuz hələki xoş niyyətli davranış sərgiləmir:


“Tehranda səfirliyimizə edilmiş silahlı hücumdan tutmuş, Bakıda törədilmiş insidentə qədər İran əslində necə bir məkrli siyasət yeritdiyini göstərdi. Ona görə də konkret addımlar atılmayınca İran XİN rəhbərinin açıqlamalarına güvənə bilmərik. 

İran həm də Ermənistanın ən yaxın müttəfiqi, dostudur. Bizim Ermənistanla münasibətlərimiz müəyyən irəliləyişə varmayıb. İranın siyasi müstəvidə əlaqələri bərpa etmək, yenidən normal qonşuluq siyasətinə qayıtması yalnız o halda mümkün ola bilər. İndiki şərtlər daxilində bu, mümkün görünmür”.  

Mənbə:demokrat.az

Xəbərlər