Siyasət 27 Yanvar 2023, 14:52 | Baxış sayı: 216
"İran səfirliyimizdə törədilən terror aktının məsuliyyətindən boyun qaçıra bilməz"

“Dünyada diplomatik nümayəndəliklərə silahlı basqın və terror aktları qəbuledilməzdir. Bu birbaşa terror hadisəsi hesab edilir.  Azərbaycanın Tehrandakı səfirliyinə də hücum terror aktıdır və bunun başqa adı ola bilməz. Ona görə də biz baş verən terror aktını lənətləyir və  terror törədənlərin təcili olaraq layiqli cəza almasını tələb edirik”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib.
 

Ətraflı

 

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Ads by 

5

Reklamınızı SmartBee ilə effektiv edin.

O bildirib ki, Vyana Konvensiyasının tələblərinə uyğun olaraq İran Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyini təmin etməlidir və birbaşa buna məsuldur. “Digər tərəfdən İran hakimiyyəti son aylarda ölkə daxilində baş verən prosesləri, o cümlədən İran-Azərbaycan arasında yaşanan gərginlik fonunda səfirliyin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirməli idi. Lakin biz bunun heç birini görmədik. Əksinə İran tərəfi verdiyi ilk açıqlamalarda baş verən terror aktının ailə-məişət zəminində baş verdiyi müstəvisinə endirmək  cəhdlərini müşahidə edirik. İran hakimiyyəti absurd, mənasız və gülünc taktikaya əl atmaqla məsuliyyətdən boyun qaçırmağa çalışır. Ancaq İran unudur ki, beynəlxalq qanunvericiliyə əsasən səfirlik toxunulmaz ərazi hesab edilir. Ona görə də Tehrandakı səfirliyimizə edilən basqın da terror aktı hesab olunur və bunun başqa bir adı yoxdur. İran  səfirliymizdə törədilən terror hadisəsinə görə məsuliyyət daşıyır və bundan boyun qaçıra biləməz. Baş verən hadisənin səbəbləri də bu motivdən araşdırılıb, cinayətkarlar tapılmalı və hüquqi qiymət verilməlidır”- o qeyd edib.

İranın İslam dinini öz siyasi oyunlarına alət etdiyini qeyd edən deputat bildirib ki, insanların beynini dini ideologiya ilə zəhərləyib öz siyasi məqsədləri üçün “silah” və ya “canlı bomba” kimi  istifadə edir: “İran din pərdəsindən “məharətlə” istifadə etməklə  ideoloji cəhətdən beyinlərini zəhərlədiyi insanlardan daha çox əhalisi müsəlman olan ölkələrə qarşı istifadə edir. Dindən siyasi oyunlarda alət kimi istifadə etmək İslam dininə vurulan ən böyük zərbədir. İran da bu yolla əslində İslama böyük zərbə vurur”.

Xəbərlər