Plenar iclaslar 2 May 2023, 13:30 | Baxış sayı: 193
"İran “Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir"

İran tərəfi Azərbaycan ərazisində “Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, islamın siyasiləşdirilməsi yönündə cəhdlərin də qarşısı qətiyyətlə alınmalıdır: “Bu düşüncədə olan insanlar məscidlərdən də uzaqlaşdırılmalıdır”.

Qeyd edək ki, “Hüseyniyun” Hərəkatının üzvləri Orxan Məmmədov və Tohid İbrahimbəylinin İranda saxlanılması barədə məlumatlar yayılıb.

Xəbərlər