Siyasət 1 Fevral 2024, 15:47 | Baxış sayı: 182
“İqtisadi islahatların sosial rifaha müsbət təsiri olacaq”

Növbədənkənar prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Seçkilərdən sonra ölkədə bir çox sahələri əhatə edən islahatların aparılması gözlənilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev  açıqlamasında iqtisadi sahədə həyata keçirilməsi proqnozlaşdırılan islahatlardan danışıb:

“7 fevral növbədənkənar prezident seçkilərindən sonra ölkədə geniş şəkildə iqtisadi islahatlar aparılacaq. Prioritet məsələ qeyri-neft və qaz sektorunun real inkişafının artırılmasına nail olmaq və bu sektor üzrə ixrac potensialını artırmaqdır. “Yaşıl energetika”, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətlərində də önəmli islahatların həyata keçiriləcəyini düşünürəm. İslahatlar iqtisadiyyatın digər sahələrini də əhatə edə bilər. Nəqliyyatın inkişafı, dəmir yolları şəbəkəsinin genişləndirilməsi, istifadəsində səmərəliliyin arıtırılması da dövlətin marağındadır. Ümumiyyətlə, ölkədə kommunikasiya və nəqliyyat sektoru son illərdə kifayət qədər inkişaf edib. Bunun bəhrəsini görmək mümkündür. İqtisadi islahatların sosial rifaha da əhəmiyyətli dərəcədə müsbət təsiri olacaq”.

demokrat.az

Xəbərlər