KOMİTƏ İCLASLARI 8 May 2023, 14:55 | Baxış sayı: 105
“İnsan alveri qurbanları mübarizəyə cəlb edilsin”

Milli Məclisdə insan alveri qurbanlarının insan alverinə qarşı mübarizə tədbirlərinə cəlb edilməsi təklif olunub. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Elşad Mirbəşir çıxış edib.

“Burada dünya təcrübəsindən istifadə edə bilərik. Xaricdə keçmişdə insan alveri qurbanları hazırda bu proseslərə cəlb olunur. Belə olan zaman insan alveri qurbanları daha tez həmin şəxsləri müəyyənləşdirə bilər. Gələcəkdə də bununla bağlı işçi qrupu yaradılarsa, həmin şəxsləri bura cəlb etmək lazımdı”,- deyə deputat bildirib.

Xəbərlər