Plenar iclaslar, Qanun Layihələri 31 May 2022, 15:07 | Baxış sayı: 179
"İki dövlət, bir dərman, bir millət olaq".

APA xəbər verir ki, Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dərman sənayesi ilə bağlı problemlərimiz var:

Deputat Azərbaycan və Türkiyənin dərman sənayesinin birləşdirilməsi təklifi ilə çıxış edib.

“İki dövlət, bir dərman, bir millət olaq. Bu gün biz onkoloji xəstəlikləri də icbari tibbi sığorta ilə əhatə etməliyik. Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burda zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur”.

 

Xəbərlər