Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 16:30 | Baxış sayı: 275
İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə dövlət rüsumu tutulacaq.

İdman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə dövlət rüsumu tutulacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Rüsumların məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə olacaq. “Dövlət rüsumu haqqında” qanuna əlavə edilən yeni - 18.75-ci maddəyə əsasən, idman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə görə 2000 manat dövlət rüsumu tutulacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər