Plenar iclaslar, Qanun Layihələri 30 Dekabr 2021, 12:28 | Baxış sayı: 255
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişib.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsində əksini tapıb.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə,namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş Zeynalov Vüqar Eldar oğlu, namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş Əliyev Azər Ruslan oğlu, namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş Yusifova Sevil Şərif qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.

Xəbərlər