Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 18:26 | Baxış sayı: 388
İçməli spirt, araq, likör və konyakın aksiz dərəcələri 3,2 manatdan 4 manata qaldırılır.

İçməli spirt, araq, likör və konyakın aksiz dərəcələri artırılır.

APA-nın verdiyi məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər