KOMİTƏ İCLASLARI 3 Noyabr 2023, 16:17 | Baxış sayı: 213
"İcbari tibbi sığorta haqqı artırılsın"

İcbari tibbi sığorta üçün yığımların artırılmasına ehtiyac var.

Bunu millət vəkili Rəşad Mahmudov deyib.

O bildirib ki, Türkiyədə bu rəqəm 12 faizdir:

"Bizdə də ən azından 1 faiz artırmaqla səhiyyəmizin bir sıra problemlərini həll edə bilərik. Beynəlxalq mühitdə imicimizə zərbə vuran bir məsələ var. Bu, bəzi nadir xəstəliklərin dövlət proqramına salınmamasıdır. Düzdür, ötən il kistoz fibroz salındı, lakin əlavə 2-3 xəstəlik də var ki, onlar da dövlət proqramına salınmalıdır". (Apa)

Xəbərlər