Səhiyyə 8 İyul 2023, 22:15 | Baxış sayı: 208
“Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına dəstəkdir”

“Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına və insan kapitalımızın inkişafına dəstəkdir”.

Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, Bayraktar Sağlıq Turizm Şirkətinin Azərbaycana gəlməsi qardaşlığımıza daha bir dəstəkdir:

“Müharibədən sonra müzəffərliyimizin verdiyi güclə ölkədə yeni reformlar, yeni islahatlar həyata keçirilir. Sözsüz ki, sözügedən reformlar tibb sahəsində də aparılır”.

“Bu baxımdan iki qardaş ölkənin səhiyyə sahəsində də birgə fəaliyyəti ölkələrimizin bu sahədəki inkişafına stimul verəcək”-, R. Mahmudov vurğulayıb.

report.az

Xəbərlər