Cəmiyyət 17 Avqust 2023, 13:56 | Baxış sayı: 158
“Hərarət 40 dərəcədən çox qalxır, kuryerlər yeməkləri 15-20 dəqiqə çantalarda daşıyırlar, müəyyən problemlər yarana bilər”

“Düşünürəm ki, kuryer xidmətləri ilə bağlı məsələyə ciddi baxılmalıdır. Əvvəlcə öyrənmək lazımdır ki, dövlət qurumları, xüsusən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hansı tələblər, şərtlər qoyulub. Bundan sonra qərara gəlmək, məsələni müzakirə etmək mümkündür. Oktyabrda Milli Məclisin ilk iclası başlayacaq. Parlamentdə bu məsələni qaldırmaq, çıxış yolu tapmaq olar. Həqiqətən də qoyulan şərtlər çox mürəkkəb, problemlidirsə, deməli, nisbətən yüngülləşdirmək lazımdır. Bu, birmənalıdır”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

“Dövlətin qoyduğu qaydalar bundan ibarətdir ki, insanların qida təhlükəsizliyi ilə əlaqədar bağlı məsələlər həll olunmalıdır. Təsəvvür edin, indi hərarət, təxminən, 40 dərəcədən çox qalxır. Bu istidə kuryerlər sifariş olunan yeməkləri 15-20 dəqiqə xüsusi çantalarda daşıyırlar. Müəyyən problemlər yarana bilər. Bu, insanların təhlükəsizliyi ilə bağlı məsələdir. İstənilən hal deyir ki, kuryerlərin sayı azalsın. Yenə də kuryer xidmətləri tələbələr, gənclər üçün iş yerləridir. Bu məsələni ehtiyatla həll etmək lazımdır”, - deputat bildirib.

pravda.az

Xəbərlər