Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 11:48 | Baxış sayı: 311
"Həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarının ikiqat artırılmasına ehtiyac var".

“Hazırda Ermənistanla müharibə şəraitindəyik və sülh müqaviləsi hələ də imzalanmayıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.
V. İskəndərov güclü ordunun yaradılması üçün Azərbaycanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarının artırılmasını vacib sayıb: “Sülh müqaviləsi imzalansa belə, biz güclü ordu yaratmaq işini davam etdirməliyik. Onların maaşlarının ikiqat artırılmasına ehtiyac var, b onlara stimul olar. Çünki biz gələcəkdə güclü ordusu olan ölkə kimi tanınmalıyıq”.

APA

Xəbərlər