"Hələ də hərbçilərimizin problemləri həll olunmur"
Bu gün Azərbaycanın sərhəd bölgələrində Ermənistanın işğalçı bölmələri və onları dəstəkləyən Avropa ittifaqı və digər himayədarları tərəfindən Azərbaycanın suveren hüquqları pozulur.
Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, buna baxmayaraq, Azərbaycan hər bir təxribatın qarşısını alır.
“Orada mübarizə aparan əsgərlərimizin problemlərini, təhlükəsizliyini burada da düşünməli və həll etməliyik. Hərbçilərimiz pensiya hüququnun artırılması məsələsini gündəmə gətirirlər. Onların belə problemləri olmamalıdır, kiçik problem olsa belə həll etməliyik. Prezident maaşaları artırır, gündən-günə irəliləyiş üçün addımlar atılır. Amma hələ də hərbçilərimizin problemləri həll olunmur. Müvafiq qurumlar bununla bağlı addımlar atmalıdır”.
Fazil Mustafa deyib ki, 2000-ci ilə qədər hərbi xidmət keçmiş hərbçilərin pensiya kapitalı yığılmadığı üçün pensiyaları artmır. (modern.az)