Plenar iclaslar 16 Noyabr 2021, 16:07 | Baxış sayı: 320
"Hazırda Sabirabadda rəsmi statiskaya əsasən 5700 nəfər işsiz var".

Bu gün biz Azərbaycan tarixinin ən böyük büdcəsini müzakirə edirik. Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 200 illik işğaldan azad edilən Qarabağda son 1 il ərzində həyata keçirilən böyük miqyaslı quruculuq layihələri hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının qüdrətini göstərir. Bu surətli inkişaf nəinki Qarabağ, digər rayonlarda həyata keçirilir."

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Kamal Cəfərov bildirib.
Deputat bütün sosial layihələrin davam etdirildiyini deyib:

"Bu onu bir daha göstərir ki, Azərbayan iqtisadiyyatı dayanıqlıdır və inkluzivdir. 2022-2025-ci illər üzə sosial-iqtsadi inkişafın milli prioritetləri aydındır, qarşıdan gələn çağırışlara adekvatdır. Bu baxımından cənab prezidentiə təşəkkür edirik ki, müharibədən çıxmış qalib ölkəmizin güclü iqtisadiyyatı var. Ona görə də büdcənin lehinə səs verəcəm, dəstəkləyəcəm".

Deputat çıxışı zamanı hökumət üzvlərinə bəzi təkliflər irəli sürüb:

"Dairəmdə olan Qaraqaşlı, Yenikənd, Kürkəndi, Qəzli, Kovlar, Qaralı kəndlərinin elektrik təsərrüfatında ciddi problemlər var. Rayonda bir az yağış yağan kimi, külək əsən kimi işıqlar sönür. Naqillər köhnədir, bəzi dirəklər tam qəzalı vəziyyətdədir. Elektrikin gün ərzində bir neçə dəfə kəsilməsindən isə sakinlər daha çox əziyyət çəkirlər. Çünki həm istidə soyuducularda olan ərzaq xarab olur, həm də elektrik avadanlıqları sıradan çıxır. Hökumət üzvlərindən xahiş edirəm ki, ən azı hər il bir neçə kənd üçün lazımı büdcəni növbəti ildə nəzərə alsınlar.
Sabirabad şəhəri daxili yollar, o cümlədən kəndlər arası yolların vəziyyəti yaxşı deyil.  Həmin yolların mərhələli formada təmiri ilə yerli camaatın iştirakı ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol xəritəsi hazırlanmalıdır,  və müvafiq büdcə təmin edilməldir. 
Rayonun digər problemi məşğulluqla bağlıdır. Hazırda Sabirabadda rəsmi statiskaya əsasən 5700 nəfər işsiz var. Qeyir rəsmi statistika isə 10 minə yaxındır. Aydın məsələdir ki, dövlət bir rayonda bu qədər iş yeri təmin edə bilməz. Bu istiqamətdə peşə hazılığı en effektiv üsullardan biri ola bilər. Məşğulluq agentliyi tərəfindən peşə hazırlığı ilə bağlı innovativ təşəbbüslər var. Lakin bu təşəbbüslər daha çox Bakı sakinləri üçün əlçatandır. Həmin proqramların regionlarda tətbiqi üçün müzakirələr aparılmalıdır. Yeni iş yerlərinin yaradılması üçün müvafiq dövlət qurumları tərəfindən proaktiv yanaşma göstərilməlidir.

 

Bu il Sabirabadda 37 nəfər 500-700 bal arası nəticə göstərib. Keçən il sonuncu sırada olan Sabirabad bu il 73 rayon arasında 25-ci yerdədir. Bu çox yaxşı nəticədir. Lakin çox təəssüf ki, məktəb məzunların 47 faizi ali təhsil müəssisələrinnə qəbul imtahanlarında iştirak etməyib. Bunun əsas bir səbəbi var. Bilirsiniz ki, universitetlərin əksəriyyəti Bakıdadır. Kənd camaatının uşaqlarını Bakıda oxutmağa göndərəməyə nə pulu nə də şəraiti var. Sabirabad rayonunun aqrar rayon olduğunu, bir neçə rayon üçün mərkəz rayon rolunu oynadığını nəzərə alaraq Sabirabadda Aqrar Universitetin filialının yaradılmasına ehtiyac var.

 

Sabirabadda Aqrar Universitetin yaradılması təkcə təhsilin inkişafı deyil, həm də rayonda gəncləri radikal meyillərdən, pis vərdişlərdən qoruya bilər, o cümlədən erkən nigahların qarşısını ala bilər"

Xəbərlər