“Əhalidə xüsusi sevinc və fərəh hissi duyulur”
Bu gün həm qeydiyyatda olduğum məntəqədə, eyni zamanda Cəbrayıl rayonu üzrə bir neçə seçki məntəqəsində oldum. Qarşısından keçdiyim seçki məntəqlərində də müşahidə etdiyim qədərilə onu deyə bilərəm ki, seçici fəallığı yaxşıdır. Hətta bəzi məntəqələrin qarşısında növbə yaranıb. Vətəndaşlar səhər saat 8-dən səs vermək üçün məntəqələrə axışıblar. Aktivlik yüksəkdir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O qeyd edib ki, builki prezident seçkiləri xüsusi əhəmiyyət daşıyır:
“İlk dəfədir biz bütün ərazilərimizdə seçkilər keçiririk. 1991-ci ildə müsətqillik qazandıq, lakin heç də bütün Azərbaycan ərazilərində seçkilər keçirilmirdi. İndi bütünləşmiş ölkədə azad seçkilərin şahidi oluruq. Bu baxımdan Zəfər seçkisi adlandırmaq olar bunu. Vətəndaşların seçkilərdə aktiv iştirakı təqdirəlayiqdir. Xalqın arzusu ərazi bütövlüyünə, suverenliyə nail olmaq idi. Buna görə də əhalidə xüsusi sevinc və fərəh hisslərini duymaq olur”.
demokrat.az