İqtisadiyyat 10 Aprel 2023, 14:48 | Baxış sayı: 160
"Gürcüstanla əməkdaşlıq möhkəmlənir"

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin  Azərbaycana işgüzar səfəri və səfər zamanı dövlətimizin rəhbəri cənab İlham Əliyevlə Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair məsələlərin müzakirə edilməsi Cənubi Qafqazda sülhün, əminamanlığın təmin olunması baxımından çox əhəmiyyətlidir”.                                                                                             

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Azərbaycan - Gürcüstan dostluğu möhkəmdir və qarşılıqlı əməkdaşlıq əlaqələri günbəgün genişləndirilir: “Xüsusilə neft, qaz boru kəmərlərinin, Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçməsi və təhlükəsizliyin təmin edilməsi ölkələrimizə fayda verməkdədir. Azərbaycan, Gürcüstan, Rununiya,  və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması isə iki qonşu dövlətin iş birliyində vahid mövqedən çıxış etmələrinin ifadəsidir. Enerji layihələrinin birgə reallaşdırılması əlbəttə ki, dövlətlərin milli maraqlarına uyğundur və bu gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır. Mətbuata verilən bəyanatda cənab İlham Əliyev bildirib ki, “Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən - ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən - ilə artır”.                                       

 

“Azərbaycanın qaz ixracına, bir çox mühüm layihələrin həyata keçirilməsinə Gürcüstan tərəfindən dəstək verilməsi iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə möhkəm zəmin yaradır və əməkdaşlığın genişləndirilməsi gələcək inkişaf üçün yollar açmaqdadır”- T.Rzayev əlavə edib.

Xəbərlər