Siyasət 30 Avqust 2023, 16:00 | Baxış sayı: 104
“Gündüz Ağayevin damarlarından azərbaycanlı qanının axması şübhə doğurur”

“Tarix boyu satqınlar, ölkəsinə, xalqına antipatiya bəsləyən insanlar olub. Bu cür minlərlə tarixi fakt var. Müharibə dövründə düşmən tərəfə keçib öz doğma xalqının övladlarına işgəncə verənlər, düşməndən betər hərəkətlər edənlər! Belələri olub və yəqin ki, olacaq. Bu situasiyada Gündüz Ağayevin hərəkəti də düşmən dəyirmanına su tökməkdir. O, xaricdə yaşayır, hər halda kimlərinsə sifarişini həyata keçirir. Burada sifariş verənlər, Azərbaycanı istəməyən düşmənlər, sifarişi qəbul edib bu oyuna gedən Gündüzlər var... Əsas məsələ isə ədalətsiz, düşməncə yanaşmadadır”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputatın sözlərinə görə, əsrlərdir, insanlarımıza, torpağımıza, ekologiyamıza, nəyimiz varsa, hamısına düşmənçilik edən bir toplum var: “Yüz illərlə belə olub, bu gün də davam edir. Terrora məruz qalan bizik və bu da sapı özümüzdən olan baltaların münasibəti. Buna yalnız təəssüf etmək olar. Belələrinin qanı, geni araşdırılmalıdır. Öz millətindən, xalqından olub, bu cür işlərə “qol” qoyması damarlarından azərbaycanlı qanının axmasına qarşı insanda şübhə doğurur. Düşünürəm, Gündüz Ağayevin karikaturasına bu qədər zaman ayırmağa, baş xəbər etməyə ehtiyac yoxdur. Karikaturaçılarımız ona elə karikatura ilə cavab versinlər”.

pravda.az

Xəbərlər