Plenar iclaslar 17 Fevral 2023, 18:04 | Baxış sayı: 188
“Gündə bizim yanımıza onlarla insan iş istəməyə gəlir”

Milli Məclisin iclasında “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa narahatlıqlarını açıqladı.

Musavat.com xəbər verir ki, deputat əvvəlcə rəsmi qurumlardakı çatışmazlıqlara diqqət çəkdi: “Hansısa dövlət qurumunda məmur, nazir və ya vəzifəli şəxsin müəyyən etdiyi strateji hədəflər sabah yeni gələn nazir tərəfindən dəyişdirilir”. Ardınca F.Mustafa vətəndaşların durumundan bəhs etdi:  “Gündə bizim yanımıza onlarla insan iş istəməyə gəlir.

DOST Mərkəzi yaradılıb, o cümlədən də başqa qurumlar var. Biz onları işlə təmin edə bilmirik. Ya maaş, ya da təkliflər yetərli olmadığına görə, onların cavabını verə bilmirik”.

 Deputatın sözlərinə görə, yaxşı olardı ki, sərbəst vəsaitlərin həmin qurumların vasitəsilə xərclənməsi məsələsinin düzgün mexanimzi tapılsın: ““Sosial sığorta haqqında” qanunda nəzərdə tutulan sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi o halda mümkün ola bilərdi ki, həmin gəlirlər həddindən böyük olsun. İnanmıram ki, bu qədər böyük fərq var”.  

Xəbərlər