Siyasət 14 Sentyabr 2022, 12:32 | Baxış sayı: 121
"Əgər İran ermənilərin qayğısına bu qədər qalırsa, İranın daxilində onlara xüsusi region hədiyyə etsin"

“İranın Ermənistan üçün ən yaxşı addımı ermənilərin İrana köçürülməsi olar”.

Bu sözləri İranın Ermənistanın təhlükəsizliyi ilə bağlı verdiyi bəyanata cavab olaraq millət vəkili Fazil Mustafa Ednews-a açıqlamasında bildirib. O, qeyd edib ki, əgər İran bu qədər ermənilərin qayğısına qalırsa, bunun üçün İranın daxilində onlara xüsusi region hədiyyə etsinlər.

“İran ermənilərin təhlükəsizliyini təmin etmək istəyirsə erməniləri siyahıya alıb birbaşa Ermənistana köçürsünlər. Orada daha yaxşı təhlükəsiz yaşaya bilərlər. Çünki Azərbaycan sərhəddində təxribat törədəndə ordumuz da təxribatın qarşısını almaq məqsədilə onlara zərbə vuracaq. Bunu İran tərəfi istəmirsə, o zaman ermənilərin yaxşılığı üçün ən yaxşı addım ermənilərin toplu şəkildə  İrana köçürülməsidir”.

Deputat həmçinin qeyd edib ki, İranda xeyli erməniləşmiş təbəqə var.

“Onlar məscidə gedib namaz qılsalar da, qəlblərində erməni xaçı çevirirlər. Onların ermənilərə olan sevgiləri də göz önündədir. Əgər İran belə sülhə görə narahatdırsa, birinci növbədə sakitliyi özü təmin etməlidir, provokasiya yaratmamalıdırlar. İran artıq başa düşməlidir ki, sülh adı altında torpaqları işğal etmək və mülki şəxsləri hədəf alınırsa, ordumuz buna hər zaman layiqli cavab verəcək”.

Xəbərlər