Siyasət 26 Yanvar 2023, 15:16 | Baxış sayı: 174
"Əgər doğurdan da, Erkin Qədirlinin öz seçkisi demokratik əsaslarla keçməyibsə, buna öz fikrini bildirərdi"

"Seçkilərin keçirilməsiylə əlaqədar Erkin Qədirlinin bu öz fikri ola bilər. Əlbəttə ki, hər bir deputat öz fikirlərini söyləməkdə azaddır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev həmkarı Erkin Qədirlinin "Azərbaycanda demokratik yolla seçilən deputat yoxdur” fikrinə münasibət bildirərkən deyib. 

Deputat vurğulayıb ki, ölkəmizdə növbədənkənar parlament seçkiləri daha demokratik, daha prinsipal şəraitdə keçərək, yeni parlament formalaşdı:

"Əgər doğurdan da, Erkin Qədirlinin öz seçkisi demokratik əsaslarla keçməyibsə, buna öz fikrini bildirərdi. O, öz seçicisi barəsində özü öz rəyini bildirsə yaxşı olar".

Xəbərlər