Cəmiyyət 16 Yanvar 2022, 15:01 | Baxış sayı: 216
"Görünüş olaraq “rüşvət almıram” deyənlər başqa elə yollar icad edirlər ki, vətəndaş rüşvətin aşkar hökmranlıq etdiyi dövrlərin nostalgiyasını yaşamış olur".

“Acınacaqlı odur ki, gənc adı ilə təyin olunanların da xeyli hissəsi köhnələrin yolunu izləyirlər. Sadəcə, görünüş olaraq “rüşvət almıram” deyənlər başqa elə yollar icad edirlər ki, vətəndaş rüşvətin aşkar hökmranlıq etdiyi dövrlərin nostalgiyasını yaşamış olur”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

F.Mustafanın sözlərinə görə, hər nə qədər dürlü-dürlü qanunlar qəbul edilirsə, ictimai nəzarəti təmin etmək mümkün olmur: “Ölkədə qanunüstü şəxslərin sayı normadan artıqdır. İstər iqtisadi, istər də dövlət qulluğunda imtiyazlı şəxslərin davranışları digər insanların da əxlaqını dəyişir. “Niyə ona olar, mənə olmaz” mühakiməsi ilə davranmağa meyllənənlər çoxalır. Kiminsə həbsi, ölümü başqasına görk olsaydı, o halda bəşəriyyətdə bundan sonra ədalətsizlik yerli-dibli qalmazdı. İdarəetmədə səlahiyyətlər bir-birinə qarışanda kimdənsə konkret məsuliyyət də tələb etmək olmur. İcra orqanları ilə yerli özünüidarəetmə orqanlarının sərhədləri Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyətdən daha dolaşıqdır. Biz dövlət sərhəddini delimitasiya ertməzdən öncə, dövlətin içindəki qurumların və şəxslərin sərhədlərinin delimitasiyasını aparmalıyıq”.

Xəbərlər