Siyasət 19 Sentyabr 2023, 16:36 | Baxış sayı: 83
"Görünən odur ki, bu minalar sonradan basdırılıb"

“Azərbaycana qarşı mina terroru davam etməkdədir. Dəfələrlə erməni separatçıları və Ermənistanın Qarabağ ərazisində olan qeyri-qanuni hərbi birləşmələri əraziləri minalayaraq Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçiriblər. Bu da “Böyük Qayıdış”a, infrastrukturun bərpasına zərbə vuran ən ciddi məqamlardan biridir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O qeyd edib ki, bu haqda dəfələrlə beynəlxalq təşkilatlara və böyük dövlətlərə müraciət edilib. Ermənistandan mina xəritələrinin verilməsi tələb olunub, lakin 3 il keçməsinə baxmayaraq hələ də xəritələr təqdim olunmayıb. Verilən xəritələrsə demək olar ki, yanlışdır: 

“Qələbədən sonra azad edilmiş ərazilərdə yol infrastrukturu bərpa olunur, lakin belə bir mina hadisəsi baş verməmişdi. Görünən odur ki, bu minalar sonradan basdırılıb. Dövlət Təhlükəsizlik Xidmətinin açdığı cinayət işində də bu öz əksini tapıb. Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi ərazilərdə hələ də minalar aşkarlanmaqdadır”. 

Deputat vurğulayıb ki, son hadisələr qeyri-qanuni silahlı birləşmələrə qarşı antiterror əməliyyatları başlatmaq zərurəti yaratdı: 

“Onlar silah gücünə ərazilərdən çıxarıla bilər. Ermənistan da, havadarları da bunu bilməlidir. Böyük ölkələr humanitar yardımla bağlı şoular düzəltməkdənsə proseslərə ciddi yanaşsınlar. Azərbaycan nəyin bahasına olur, olsun, öz suverenliyini qoruyacaq, ərazilərimizdə terrorçu qüvvələrin qalmasına yol verilməyəcək”.

demokrat.az

Xəbərlər