Ümumi 9 Fevral 2023, 12:26 | Baxış sayı: 139
"Gəncədə də yardım kampaniyasına başlanılıb"

"Türkiyədə baş verən zəlzələ bizim hamımızı sarsıtdı".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat baş verən hadisənin çox dəhşətli faciə olduğunu bildirib: 

"Bu, çox dəhşətli faciədir.  Allah Türkiyə xalqına kömək olsun. Bu gün xalqımız əsl qardaşlıq nümunəsi göstərirlər. Dəstəyini, köməyini əsirgəmir. Bakı ilə yanaşı əksər bölgələrdə yardım kampaniyası yaradılır. Gəncə şəhərində də yardım kampaniyası təşkil olunmaqdadır. Bildiyimiz kimi, burada Türkiyənin konsulluğu fəaliyyət göstərir. Konsulluq vasitəsilə insanlar yardımlarını edir, bütün işlər koordinasiyalı şəkildə həyata keçirilir. Yığılan yardımlar yola salınır. İnsanlarımız burada həm maddi, həm də mənəvi baxımdan öz yardımlarını edirlər. İnşallah yaralılar tezliklə öz sağlamlıqlarına qovuşarlar. Allahdan ölənlərə rəhmət diləyirəm. Bu saatlarda maksimum dərəcədə çalışmaq lazımdır ki, sağ qalan insanlara yardımçı olaq". 

Xəbərlər