Gələn il seçkilər üçün 30 milyon manatdan çox vəsait ayrılacaq
Qanun Layihələri
25 Oktyabr 2022, 13:17 | Baxış sayı:
231
Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün ayrılacaq vəsait açıqlanıb.
Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2023-cü il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 30 531 015 manat vəsait ayrılması proqnozlaşdırılır.