Cəmiyyət 21 İyun 2023, 14:31 | Baxış sayı: 117
"Gədəbəydə vətəndaşlarımız ictimai asayişin pozulmasına şərait yaratmamalıdır"

"Gədəbəydə baş verən hadisələr xoşagəlməzdir. Əlbəttə ki, burada vətəndaşların da üzərinə çox böyük məsuliyyət düşür. Çünki vətəndaşlar dövlər qurumlarının tövsiyyələrinə əməl etməlidirlər".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, Gədəbəydə vətəndaşlarımız ictimai asayişin pozulmasına şərait yaratmamalıdır:

"Dövlət qurumlarının bu istiqamətdə addımları ona yönəlib ki, vətəndaşların aşayişi təmin olunsun və sabitlik qorunsun. Vətəndaşların bu formada  məsələlərə bu cür münasibət bildirməsi də düzgün deyil. 

DİN-də bu məsələ ilə bağlı araşdırmalar aparılır və hüquq-mühafizə orqanlarının işinə maneə olan, eləcə də yayılan videolarla bağlı əlavə məlumatlar veriləcək. 

Amma düşünürəm ki, vətəndaşlarımız belə məsələlərdən çəkinməlidirlər və çalışmalıdırlar ki, belə hallar baş verməsin. Aidiyyatı qurumlar qarşısında sivil formada məsələ qaldıraraq problemin həllinə nail olmaq mümkündür".

 

Mənbə: demokrat.az

Xəbərlər