Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 14:58 | Baxış sayı: 207
"Fəzail müəllim, bu sizə yaraşmaz. Məni siz nümunə çəkməməlisiniz. Axırıncı dəfə sizə bildirirəm”.

“Mən bütövlükdə mollaları qara rəngdə görmək istəmədim”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bütün sahələrdə bunlar var: “Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Ulu öndər mənə beş dəfə etimad edib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu sizə yaraşmaz. Məni siz nümunə çəkməməlisiniz. Axırıncı dəfə sizə bildirirəm”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir: “Mən burada sizin sualınızı gündəmə gətirdim, cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”.

Qeyd edək ki, parlamentin bundan öncəki iclasında M. İbrahimqızı qadın mollaların savadsızlığı, cəhaləti məsələsini qabardaraq, bu məsələlərin qanunla tənzimlənməsini təklif etmişdi. F. İbrahimli isə bu gün çıxışında deputatın ötən iclasdakı təklifini xatırladaraq demişdi ki, yer üzündə elə ölkə yoxdur ki, cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin.

Xəbərlər