Siyasət 5 Oktyabr 2023, 17:31 | Baxış sayı: 215
“Fransanın forpostu olmaq Ermənistanı daha böyük fəlakətlərə sürükləyəcək”

“Fransa yenə bölgəni qarışdırır. Sülh istiqamətində atılan bütün addımlar Parisi narahat edir. Bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın yenidən Ermənistana səfər etməsi bu ölkədən alət kimi istifadə edərək ölkəsinin bu regionla bağlı maraqlarını təmin etməyə çalışır. Fransanın Ermənistanla hərbi əməkdaşlığı gücləndirmək istəyi, Sünikdə konsulluq açmaq istəyi Cənubi Qafqaz regionunda sülhü yubatmağa yönəlib”. 

Bu sözləri millət vəkili Könül Nurullayeva deyib. Onun sözlərinə görə, K.Kolonnanın “dostluq, dəstək və həmrəylik” mesajının alt qatında əslində regionu barıt çəlləyinə çevirmək niyyəti durur. 

“Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunmasından sonra Fransa regionda birmənalı ermənipərəst siyasəti yürütməkdədir. Antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişənin başa çatması rəsmi Parisi narahat edir. Lokal xarakterli antiterror tədbirləri isə artıq reinteqrasiya prosesinin  başlanmasına şərait yaratdığından Fransa “etnik təmizləmə”, “deportasiya” iddiası ilə gərginliyi artırmağa çalışır. Bu ölkənin müdafiə nazirinin  “Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezident şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir”. 

Millət vəkili qeyd etdi ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir” söyləməsi Yelisey sarayının məkrli niyyətini açıq şəkildə ifadə edir: 

“Hərbi missiyanın Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olması, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək” açıqlaması bir daha göstərir ki, Fransa Ermənistanı silahlandırmaq, onu yeni müharibəyə hazırlamaq niyyətindədir. Sabiq prezident Fransua Olandın da aktivləşərək, “Ermənistan sərhədlərini Fransa üçün müqəddəs sayması” müsətmləkəçi siyasətin növbəti sübutudur. Fransa bu davranışları ilə açıq şəkildə Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır, bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir. İlk növbədə bunu Ermənistan dərk etməlidir. Ermənistan uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Fransanın “forpostu” olmaq bu ölkəni daha böyük fəlakətlərə sürükləyəcək”.

ednews.az

Xəbərlər