Cəmiyyət 19 Yanvar 2022, 16:19 | Baxış sayı: 184
“Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində bəzi dövlət adamları və siyasətçilərin Azərbaycana qarşı siyasi tərbiyəsizliyinin kəskin cavabı verilməlidir”.

“Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində bəzi dövlət adamları və siyasətçilərin Azərbaycana qarşı siyasi tərbiyəsizliyinin kəskin cavabı verilməlidir”.

Bu barədə Modern.az-a deputat Məlahət İbrahimqızı danışıb. Parlamentari bildirib ki, istər Fransanın xarici siyasət idarəsinin rəhbərinin, istər prezidentliyə namizəd Valeri Pekresin ölkəmizə qarşı siyasi tərbiyəsizliyi bütün beynəlxalq hüquq  və normaları, diplomatik qaydaları kobudcasına pozur:

“Düzdür, bizim Xarici İşlər Nazirliyi (XİN) tərəfindən dəfələrlə belə məsuliyyətsiz və ermənipərəst çıxışlara cavab verilib. Görünür, onlar üçün bu hələ yetərli deyil.

Məsələ burasındadır ki, öz gözündə tiri görməyən, siyasi mədəniyyətdən və tərbiyədən uzaq olan respublikaçıların namizədi Valeri Pekres  başqalarının gözündə tük axtarır.

Fransada keçiriləcək prezident seçkilərində erməni lobbisinin prezidentliyə namizədi Valeri Pekres Azərbaycan və Türkiyəyə qarşı nifrəti ilə rekord qazanıb. Bu xanım namizəd özünü Ermənistanda keçiriləcək seçkilərdə erməni xalqının prezidentliyə namizədi kimi aparır. Ermənilərdən daha çox erməni olan bu fransız xanım erməni maraqlarını müdafiə edərək, erməni lobbisi və erməni diaspora təşkilatlarının maksimum dəstəyini qazanmağa çalışır.  Seçki kampaniyasındakı  bütün çıxışları ilə, özünün məğlubiyyətinə imza atmış və bütün beynəlxalq sənədlərdə təcavüzkar kimi tanınan  Ermənistanın vəkili  olmasını da gizlətmir.

Valeriya Perkes, sən kimsən axı, Azərbaycan Prezidentinin adını çəkirsən. Sənin əgər Xankəndi ermənilərinə sevgin o qədər çoxdursa, Fransanın Marsela bölgəsində ikinci erməni dövlətinin qurulmasına kömək et və Azərbaycanda  “hüquqları pozulmuş ermənilərin” də Marselaya köçürülməsinə dəstək  ver. Buna görə, Azərbaycan xalqı sənə təşəkkür edər. Utanmaq bilməyən Valeri Pekres deyir ki, əgər seçilərsə, gələcəkdə  “şərq xristianlarının” problemi ilə də məşğul olacaq. Xanım Valeriya kimi siyasətçilərə görə bu gün Avropada, eləcə də Fransada irqçilik və  islamafobiya ildən-ilə artır. Məhz Valeriya Pekres kimi siyasətçilərin  yarıtmaz fəaliyyəti millətlərarası və dinlərarası münasibətlərə düşmənçilik toxumu  səpilir. Xanım Pekresin ölkəsində müsəlmanların ibadət evi olan məscid və camilərin müxtəlif bəhanələrlə bağlanmasından xəbəri yoxdurmu? Çox təəssüf ki, Pekres kimi siyasətçilər öz irqçi əməlləri ilə bilərəkdən Fransanın həm dövlət, həm də xalq olaraq, nüfuzuna getdikcə daha ağır zərbə vururlar”.

Xəbərlər