Siyasət 30 Avqust 2023, 16:54 | Baxış sayı: 113
"Fransa regiona əbədi sülhün gəlməməsi üçün bütün pisliklərə əl atır"

2020-ci ildə 44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan regionda yeni reallıqlar yaradıb.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, regiona əbədi sülh və inkişaf vəd edən bu reallıqlar öz növbəsində “ağı qaradan seçmək” üçün də şans yaradıb: "Söhbət regionda əbədi sülh istəyinə gerçək dəstək verənlərlə buna ciddi cəhdlə mane olanlardan gedir. Artıq bütün dünya birinci tərəfdə kimin, ikinci tərəfdə kimin dayandığını yaxşı bilir”.

Deputat qeyd edib ki, Fransa da ikinci tərəfdə dayananlardandır: “Təəssüflər olsun ki, bu, bir həqiqətdir. Fransa regiona əbədi sülhün gəlməməsi üçün mümkün olan bütün pisliklərə əl atır. Bu gün uzun əsrlər boyu müstəmləkədə saxladığı Afrikada ciddi problemlərlə üzləşən və ağır duruma düşən Fransa Cənubi Qafqazda da pozucu fəaliyyətindən əl çəkmir. Bu ölkə bütün gücünü Cənubi Qafqazda durumu gərginləşdirmək istiqamətində atılan addımlara sərf edib. Ermənipərəst siyasət yürüdən Fransa Avropa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə nail oldu, bununla da danışıqlar prosesinə zərbə vurdu. Fransa faktiki olaraq Cənubi Qafqazda sülh prosesinə kobud müdaxilə etdi”.

Vüqar İskəndərov vurğulayıb ki, Fransa indi də bu planlardan əl çəkməyib və görünür ki, daha böyük planlar qurur: “Lakin bütün bunlar heç bir nəticə verməyəcək. Fransanın nə istəməsindən, nəyi etməyi arzulamasından asılı olmayaq Azərbaycan öz haqlı mövqeyində qətiyyətli şəkildə dayanır. Elə bu günlərdə Prezident İlham Əliyevə zəng edən Makronun qaldırdığı məsələlər yetərincə cavablandırılıb və Azərbaycanın mövqeyi tam ifadə olunub”.

APA

Xəbərlər