Siyasət 20 Sentyabr 2022, 15:17 | Baxış sayı: 203
"Fransa hökumətindən günahkarların cəzalandırmasını tələb etməsək, bu hal arta bilər”

“13 senytabr hadisələri hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarına da təsir edir. Biz bunu 2020-ci ildə daha fərqli prizmadan gördük. İnsanlar başqa ölkələrdə sanki bir-biriləri ilə müharibə edirdilər. Təbii ki bu, yolverilməz idi, yaşadıqları dövlətlərin asayişini pozmaq qanunla qadağandır, həmçinin sivil cəmiyyətin nümayəndəsinə də yaraşmayan hərəkətdir. Bu il isə çox fərqli mənzərə görürük. Xarici ölkələrdəki səfirliklərimizə hücumlar təşkil olunur. Bu, birbaşa Azərbaycana hücumdur. Səfirliklərimiz hansı ölkədə mövcuddursa, o dövlətin qanunları, hüquq-mühafizə orqanları tərəfindən qorunur, qorunmalıdır. Lakin bəs biz nə görürük? Polisin gec müdaxiləsi və araşdırmanın başlanması barədə informasiyanın ictimaiyyətə təqdim olunmaması bizi məyus etdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat qeyd edib ki, müstəqil Azərbaycanda bir çox səfirliklər fəaliyyət göstərir ki, onlar qorunur: “Ukrayna-Rusiya münaqişəsi zamanı hər iki ölkənin səfirlikləri tam mütəşşəkil şəkildə qorundu. 2020-ci il 44 günlük Vətən Müharibəsi zamanı Fransa hökumətinin bir neçə açıqlaması hiddət doğurdu. Bu açıqlamalara həm dövlətimiz, həm xalqımız etiraz etdi. Milli Məclisdə məsələ qaldırıldı, lakin mübarizə barbar şəkildə deyil, sivil şəkildə aparıldı. Fransa hökuməti tezliklə araşdırma başladıb və nəticəsini də ictamiyyətə, xüsusilə Azərbaycan dövlətinə bəyan etməlidir. Əgər bu hal baş vermirsə, demək ki, bu terror aktından ya hökumətin  xəbəri var və dolayısı ilə icazəli olub, ya da Fransa dövləti ölkəsində olan bu barbarlığa qarşı biganə yanaşmaqla demokratik dəyərləri çeynəməklə məşğuldur”.

 

M.Cəfərov bildirib ki, görüntülərdən səfirliyin əməkdaşının təkbaşına mübarizə apardığı aydındır: “Polis müdaxiləsi yoxdur. Bu gün Fransa hökumətindən günahkarların cəzalandırmasını tələb etməsək, bu hal arta bilər. Dünyanın müxtəlif ölkələrində yaşayan erməni vətəndaşları var, onlar bunu davam edə bilərlər. Bu da Azərbaycanla həmin dövlətlərin münasibətlərinə təsir edə bilər. Fransa hökuməti tezliklə təqsirkarları layiqli şəkildə cəzalandırmalıdır”.

Xəbərlər