"Fransa dövləti erməni lobbisinin əlində oyuncağa çevrilib"
Fransa hazırda böyük xaos içərisindədir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Müşfiq Cəfərov deyib, artıq Fransada vətəndaşlar dövlətə və onun qanunlarına tabe olmur: "Bu da Fransa hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Bu gün vaxtilə dünyanın ən sakit ölkələrindən hesab olunan Fransada qarşıdurmalar, çaxnaşmalar səngimək bilmir. Fransa dövləti xüsusilə erməni lobbisinin əlində oyuncağa çevrilib. Əvvəlcə Fransada səfirliyimizin binasına hücum olundu, indi də dövlət kanalını təmsil edən jurnalistlərə hücum edildi. Fransa hökuməti bununla bağlı əməli tədbirə keçməli və mütləq şəkildə səbəbkarlar məsuliyyətə cəlb olunmalıdır”.
Deputat qeyd edib ki, hər zaman demokratik hüquqlardan, milli dəyərlərdən dəm vuran Fransada 17 yaşlı bir gənc polis tərəfindən güllələnib öldürüldükdən sonra çaxnaşmaların artması nəticəsində hökumətin sərt tədbirlərə əl atması bir daha demokratik dəyərlərin necə qorunmasından xəbər verir: “Jurnalistlərimizə hücum edən şəxslər də adi sıravi vətəndaşlar deyil, bu hadisələrin işıqlandırılmasından narahat olan Fransa hakimiyyəti ilə birbaşa əlaqədar şəxslərdir. Ümid edirəm ki, jurnalistlərin beynəlxalq konvensiyalarla tənzimlənən təhlükəsizliyini təmin edə bilməyən Fransa hökuməti bu barədə açıqlama verəcək”.
Mənbə:APA