“Fransa bilməlidir ki, hər dəfə burnu yenidən əziləcək”
Milli Məclisin iclasında çıxış edən deputat Ceyhun Məmmədov Fransanın ermənipərəst, qərəzli mövqeyindən bəhs edib.
Qeyd edib ki, Vətən müharibəsi dövründə bölgədəki proseslərə müdaxilə etməyə cəhd edən Fransanın burnu bir neçə dəfə möhkəm əzildi: “Sonrakı dövrdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Fransanın bütün cəhdlərinin qarşısını qətiyyətlə aldı.
Bir reallıqdır ki, bu gün də bölgəyə sülhün gəlməsinə, münasibətlərin normallaşmasına ən çox mane olan Fransa və Fransanın prezidenti Emanuel Makrondur. Bu gün artıq bəzi Fransa siyasətçiləri də açıq qeyd edirlər ki, Emanuel Makron artıq özünü Fransızların deyil, ermənilərin Prezidenti kimi aparır”.
C.Məmmədov qeyd edib ki, Fransanın ikinci erməni dövləti qurmaq niyyəti varsa, bunu Marsel şəhərində edə bilər: “Bu gün ermənilər Marsel şəhərinə də iddia edirlər. Şərait yaratsınlar orda ermənilər ikinci erməni dövləti qursunlar. Əgər Fransa belə prosesə töhfə vermək niyyətində niyə idisə 30 il müddətində ATƏT çərçivəsində bu canfəşanlığı göstərmədi.
Mən erməni vəhşiliyinin, barbarlığının şahidi kimi Fransa Senatına belə bir təklif vermək istəyirəm. Əgər siz həqiqi barbarlığı, soyqırım görmək istəyirlərsə gəlin mən sizi aparım onlara göstərim necə ermənilər on min kvadratmetr kilometr ərazini, mənim doğulub başa çatdığım evimi barbarcasına dağıdıblar, babamın, nənəmin və digər doğmalarımızın qəbrini necə goreşən kimi eşiblər. Bu vəhşiliyin miqyası o dərəcədədir ki, mən öz evimi tapa bilmirəm.
Fransa bilməlidir ki, Azərbaycan yenə bu cəhdlərin qarşısını qətiyyətlə alacaq. Hər dəfə burnu yenidən əziləcək”.