Siyasət 6 Sentyabr 2023, 17:18 | Baxış sayı: 191
“Fransa Azərbaycana qarşı düşmənçilik edir”

“Fransanın başlıca məqsədi Ermənistanın işğal etdiyi torpaqları hüquqi statusla dəyişdirmək idi. ATƏT-in Minsk Qrupu da çalışırdı ki, Fransanın iştirakçılığı ilə vaxt udsun və Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarının hüquqi statusunu dəyişməyə müvəffəq olsun. Lakin vəziyyət Azərbaycanın xeyrinə dəyişdi. 2020-ci ilin payızında Azərbaycan olduqca uğurlu müharibə həyata keçirdi və torpaqlarımız mənfur ermənilərin işğalından azad olundu. Beləliklə də Fransa öz niyyətinə nail ola bilmədi”.​

 

 

Bunu millət vəkili Elşad Mirbəşiroğlu deyib.

 

 

Onun sözlərinə görə, bu gün Fransanı daha da aqressivləşib. Azərbaycana qarşı düşmən mövqeni açıq aşkar şəkildə göstərir:

 

 

“Fransa artıq açıq şəkildə ölkəmizə qarşı mövqe sərgiləyir. Keçmiş münaqişə vəziyyətində də Fransa pərdəarxası hər zaman Ermənistanı dəstəkləyirdi. Bu gün də dəstəkləməkdə davam edir. Fransa Laçın yolu ilə bağlı məsələni yenidən BMT-nin iclasına çıxarmağa çalışır. Bundan öncə Ermənistanın təşəbbüsü ilə belə müzakirələr həyata keçirildi. İndi isə Fransa bu istiqamətdə cəhdlər edir”.

bakupost.az

Xəbərlər