Siyasət 24 İyun 2023, 15:37 | Baxış sayı: 200
“FETÖ söhbəti Gədəbəydə camaatın ayağa qalxmasından sonra çıxdı...”

Milli Məclisin deputatı Rüfət Quliyev həmkarı Aqil Abbasın “FETÖ-çülər meydan sulayır, media da FETÖ-çülərin əlindən qan ağlayır” fikirlərinə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Aqil Abbas tanınmış siyasətçidir, yazıçıdır, şəxsiyyətdir, nəyisə bilib deyir. 

 

“Bu barədə diskussiya aparmayacağam. Mənim fikrim həmişə belə olub: dövlətin Komissiyası, xüsusi orqanları var. FETÖ söhbəti Gədəbəy rayonunda camaatın ayağa qalxmasından sonra çıxdı. Bununla bağlı da öz fikrimi bildirdim. Gərək, polislə konflikti olan insanlar da aktiv formada dövlət orqanlarına, deputatlarına, icra başçısına, ekologiya və təbii sərvətlər nazirinə, Nazirlər Kabinetinə müraciətlər edərdilər. Bu müraciətlər lazımdır ki, dövlət qurumlarının hamısı məsələni bilsin. Birinin reaksiyası yoxdursa, ikincinin reaksiyası olacaq. Amma həmişə demişəm ki, gəlin gözləyək. Komissiya işləyir. Komissiyanın işinin gedişatında bir çox məsələlər üzə çıxacaq. Eləsi olacaq ki, mətbuata düşəcək, yaxud məxfi qalacaq, amma qərarla əsasında addımlar atılacaq. Mən belə düşünürəm. Hansısa deputat fikir irəli sürürsə, deməli, onun əlində hansısa sübutlar var. Lakin bunun miqyası nə qədərdir, nə qədər təhlükəlidir, bu barədə dövlət orqanları özləri qənaətə gəlsinlər, işlərini görsünlər. Bu, mənim sözümdür, həmişə demişəm: gəlin səbirli olaq, səbirli olaq və gözləyək...” - deputat bildirib.

Xəbərlər