Siyasət 25 İyul 2023, 13:50 | Baxış sayı: 136
“FETÖ məsələsində Türkiyənin mövqeyi bizim üçün çox önəmlidir”

“FETÖ məsələsində Türkiyənin mövqeyi bizim üçün çox önəmlidir. Türkiyədən hər hansı şəkildə belə bir siqnallar gəlirsə, bunlar dəqiq yoxlanmalı, müəyyən addımlar atılmalıdır. Təkcə FETÖ-dən yox, PKK terror təşkilatından, o cümlədən İranın xüsusi xidmət orqanlarının Azərbaycanda forlamaşdırdığı terrorçu və cəsus şəbəkəsindən söhbət gedir. Bunlar hamısı ciddi siqnallardır. Azərbaycan cəmiyyəti də bu istiqamətdə müəyyən addımlarını atmalı, habelə dövlət tərəfindən müəyyən işlər görülməlidir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, bu məsələlər mütləq hüquq çərçivəsində həyata keçirilməlidir: “Gələn hər siqnal elə o demək deyil ki, kimsə günahkardır, cinayətkardır. Dövlət təhlükəsizliyimizi əsas götürərək məsələ üzərində ciddi çalışmağa ehtiyac var. Elə bir həssas dönəmdəyik ki, mütləq kəşfiyyat, təhlükəsizlik və başqa məsələləri Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirməliyik. Sabitliyin pozulmasına imkan verəcək hər hansı addımın atılmasını gözləmək olmaz”.

pravda.az

Xəbərlər