Siyasət 27 Fevral 2023, 16:00 | Baxış sayı: 104
“Ermənistan-Türkiyə sərhədlərinin açılması müvəqqəti addım idi”

“Ermənistan-Türkiyə sərhədlərinin tam açılması yalnız münasibətlərin normallaşmasından sonra mümkündür. Münasibətlər qaydasına düşmədən, Ermənistan Azərbaycana qarşı düşmənçiliyə son qoymadan, sülh addımlarının atılması mümkün deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, Ermənistan-Türkiyə sərhədlərinin açılması müvəqqəti addım idi:

“Zəlzələ dövründə belə bir addım atıldı və bununla bağlı qərar qəbul edildi. Amma demək olmaz ki, bu davamlı olaraq inkişaf edəcək və sərhədlər davamlı şəkildə açıq qalacaq. 

Ermənistan düşmənçiliyə və Azərbaycana qarşı təcavüzə son qoyarsa, eləcə də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkərsə, bəli münasibətlərin normallaşmasına baxıla bilər. Bütün bunlar baş vermədən hansısa sərhədlərin tam uzunmüddətli açılması, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması  mümkün deyil. Düzdür, Ermınistan daxilində bəzi qüvvələr bunun uzunmüddətli açıldığı zənn edirlər, lakin bütün yuxarıda sadaladıqlarım həyata keçmədən sərhədlərin tam açılması mümkün deyil”.

Xəbərlər