Siyasət 17 Aprel 2023, 14:30 | Baxış sayı: 188
“Ermənistan rəhbərliyi bayrağımızın yandırılmasına görə cavab verməlidir"

"Bir ölkənin başqa dövlətin təmsilçilərinə, onun bayrağına qarşı bu cür hörmətsizliyi, bu cür alçaldıcı münasibət göstərməsi görünməmiş vəhşilikdir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. 

Deputat bildirib ki, Ermənistanın bu hərəkətinə heç də təəccüblənməməliyik: 

"Ermənilər bununla dünyaya nümayiş etdirdilər ki, onlar dövlətə malik olmaq üçün heç bir mənəvi haqqa da sahib deyillər. Yəni ermənilərin sadəcə olaraq bir toplum kimi hansısa ölkənin ərazisində mövcud olmaları daha məqbuldur. Çünki bu dövlət regionda bütün  inkişaf imkanlarını məhdudlaşdırmaqla məşğuldur. Bu dövlət kənardan idarə olunaraq regionda daim gərginliyin saxlanılmasını şərtləndirən addımlar atmaqla məşğuldur. Ermənilər hər zaman başqa xalqlara qarşı düşmənçilik hisslərini öz içlərilərində saxlayıblar və onu nəsildən nəsilə ötürüblər. Təkcə azərbaycanlılara qarşı deyil, türklərə, gürcülərə, hətta rusların özlərinə qarşı da ermənilər həmişə nifrətlərini büruzə veriblər". 

Deputatın fikrincə, Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarına qarşı nümayiş etdirilən bu cür hörmətsizlik bir daha onun göstəricisidir ki, bu ölkə bundan sonra da regionda dağıdıcılıq fəaliyyəti ilə məşğul olacaq:

“Ermənistan alət dövlətdir və kənar ambisiyaları Cənubi Qafqaz regionuna daşımaq missiyasını gerçəkləşdirməkdədir. Məsələnin digər tərəfi isə beynəlxalq instansiyaların Ermənistanın bütün cinayətlərinə, bütün dağıdıcı fəaliyyətlərinə göz yummasıdır. Elə bunun özü də aydın nümayiş etdirir ki, kənar dairələr də Ermənistanın bu cür vəhşi davranışlarında maraqlıdırlar. Təbii ki, bu, olduqca təhlükəli bir presidentdir. Buna qarşı ən sərt addımlar atılmazsa, başqa  ölkələrdə də digər ölkələrin rəmzlərinə qarşı bu cür həqarət, nifrət və hörmətsizlik nümayiş etdiriləcək. Hesab edirəm ki, Ermənistanın bu cür davranışı beynəlxalq səviyyədə reaksiyaya səbəb olmalıdır. Buna mütləq şəkildə çox ciddi siyasi və hüquqi qiymət verilməlidir. Ermənistan rəhbərliyi də beynəlxalq səviyyədə məhz törədilmiş hadisəyə görə cavab verməlidir".

Xəbərlər