Plenar iclaslar 15 Aprel 2022, 12:35 | Baxış sayı: 47
“Ermənistan parlamenti ilə işimizi gücləndirməliyik".

“Artıq özləri də etiraf edir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan bundan istifadə etməlidir: “Ermənistan parlamenti ilə işimizi gücləndirməliyik. Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var, biz yeni təşəbbüs irəli sürməliyik. MDB məkanında Ermənistanla 5 platformada birlikdə çıxış edirik. QHT-lər üzərindən də bu sahədə qadağa götürülməlidir. QHT-lər Ermənistan QHT-ləri ilə layihələri artırmalı, cəmiyyətə təkliflər çatdırmalıdır. Ermənistan cəmiyyəti ilə vasitəçilər olmadan işləməyə başlamalıyıq”.

Xəbərlər